Türkiyenin Milli Müdafiə Nazirliyi bəyanat yayıb

İraq orqanlarının separatçı terror təşkilatı PKK-nı təhdid olaraq gördüyü və Birgə Əməliyyatlar Mərkəzi və terrorla mübarizədə digər əməkdaşlıq təkliflərinə müsbət yanaşdığı bildirilir.

2118421

Milli Müdafiə Nazirliyi (MSB) mənbələri nazirlikdə keçirilən mətbuat konfransında Türkiye Silahlı Qüvvələrinin (TSQ) terrorla mübarizəsinin qətiyyətlə davam etdiyini bildirdi.
Başda PKK/KCK/PYD-YPG, DEAŞ və FETÖ olmaqla bütün terror təşkilatlarına qarşı həyata keçirilən əməliyyatlarla son bir həftədə 26 terrorçunun zərərsizləşdirildiyi, yanvarın 1-dən bu yana zərərsizləşdirilən terrorçuların sayının 242-si İraqın və 366-sı da Suriyanın şimalında olmaqla 608-ə çatdığı ifadə edildi.
Nazirlik mənbələri Bağdadda keçirilən görüşlərdə İraq tərəfinin terrorla mübarizəyə yanaşması ilə bağlı suala belə cavab verib:
"İraq tərəfi də terror təşkilatı PKK-nı təhdid olaraq görür. Bizim Birgə Əməliyyat Mərkəzimizə və terrorla mübarizədə digər əməkdaşlıq təkliflərinə müsbət yanaşırlar. Terrorla mübarizə, sərhəd təhlükəsizliyi kimi mövzularda İraq rəsmiləri ilə qarşıdakı dövrdə də işləməyə davam edəcəyik''.

Әlaqәli Xәbәrlәr