Numan Kurtulmuş və Cevdet Yılmaz Novruz bayramı ilə əlaqədar paylaşım ediblər

Türkiye Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş ümid, bərəkət və təbiətin dirçəlişini simvolizə edən, minilliklərə söykənən köklü bir tarixə malik Novruz bayramının coşqu ilə qeyd olunduğunu bildirib.

2118455

Numan Kurtulmuş 21 Mart Novruz bayramı ilə əlaqədar yayımladığı təbrik mesajında, Novruzun baharın və dirçəlişin müjdəçisi olduğunu bildirib.

Numan Kurtulmuş Yaxın Şərqdən Orta Asiyaya qədər müxtəlif coğrafiyalarda qeyd olunan Novruzun insanların bir araya gəldiyi, birlik və həmrəyliyin simvolu olduğuna diqqət çəkib.

Türkiyenin vitse-prezidenti Cevdet Yılmaz 21 Mart Novruz bayramı münasibətilə rəsmi internet səhifəsində etdiyi paylaşımda bu ifadələrə yer verib: "Qardaşlıq və həmrəylik bayramı olan Novruzu qeyd etmənin, baharı qarşılamanın həyəcanını yaşayırıq. Orta Asiyadan Anadoluya və Balkanlara qədər uzanan ortaq mədəni coğrafiyamızda əsrlərdir eyni coşğu və həyəcanla qeyd etdiyimiz Novruz bayramı ölkəmizə və bütün bəşəriyyətə təbiətin oyanışını və yazın gəlişini müjdələyir''.

Әlaqәli Xәbәrlәr