Hakan Fidan Birinci Nüvə Enerjisi Sammitində çıxış edib

Xarici işlər naziri Hakan Fidan Türkiyenin mümkün nüvə silahı yarışının qarşısını almaq üçün bölgənin nüvəsizləşdirilməsi çağırışını təkrarlayıb.

2118533
Hakan Fidan Birinci Nüvə Enerjisi Sammitində çıxış edib

Xarici işlər naziri Hakan Fidan Türkiyenin mümkün nüvə silahı yarışının qarşısını almaq üçün bölgənin nüvəsizləşdirilməsi çağırışını təkrarlayıb.

Hakan Fidan Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) və Belçika hökumətinin ev sahibliyi ilə Brüsseldə keçirilən Birinci Nüvə Enerjisi Sammitində çıxış edib.

Fidan bildirib ki, enerji təhlükəsizliyində və iqlim dəyişikliyi ilə mübarizədə mülki nüvə enerjisinin rolu təsdiqlənib:

"Türkiye hazırda iddialı təmiz enerji keçid gündəliyi ilə güclü enerji kəməri və resursların şaxələndirilməsi strategiyasını həyata keçirir". 

Hakan Fidan Ukraynadakı Zaporojya Atom Elektrik Stansiyasındakı vəziyyətin narahatlıq doğurduğunu vurğulayaraq, "Ölkəmiz və bölgəmiz Çernobıl faciəsini yaşamaq məcburiyyətində qaldı. Belə bir faciəyə dözə bilmərik" deyib.

Nazir Fidan Türkiyenin Zaporojyada oxşar fəlakətin qarşısını almaq üçün müxtəlif təşəbbüslər göstərdiyinə diqqət çəkib.

H.Fidan nüvə silahından istifadənin və ya bu istiqamətdə təhdidlərin qəbuledilməz olduğunu vurğulayaraq, bu diskursların təhlükəsiz və enerji baxımından təmiz gələcək üçün ortaq axtarışlara kölgə saldığını diqqətə çatdırıb.

Bu baxımdan ən çox təzyiqə məruz qalan bölgənin Orta Şərq olduğunu vurğulayan H.Fidan "Qəzzada qətliam davam edərkən, İsrail rəsmilərinin nüvə silahı ilə bağlı açıqlamalarını "təhlükəsizlik" adlandırmaq olmaz. Ona görə də Türkiye mümkün nüvə silahlanma yarışının qarşısını almaq üçün bölgənin nüvə tərksilahı çağırışını təkrarlayır" deyib.



Әlaqәli Xәbәrlәr