Hakan Fidan terrorla mübarizə barədə açıqlama verib

Xarici işlər naziri Hakan Fidan iştirak etdiyi televiziya proqramında xarici siyasət gündəmilə bağlı suallara cavab verib.

2117078
Hakan Fidan terrorla mübarizə barədə açıqlama verib

"Türkiye yerləşdiyi bölgədə sabitliyi təmin etmək üçün əlində olan bütün xarici siyasət vasitələrindən koordinasiyalı şəkildə istifadə etmək əzmindədir".

Bunu xarici işlər naziri Hakan Fidan iştirak etdiyi televiziya proqramında xarici siyasət gündəmilə bağlı suallara cavab verərkən deyib. 

Nazir Fidan İraqda terrorla mübarizəyə toxunaraq deyib ki, arzumuz budur ki, Süleymaniyyədəki dostlarımız yol yaxın ikən səhvlərini düzəltsinlər, tarixdə olduğu kimi bu gün də Türkiye ilə dostluqlarını gücləndirsinlər və ortaq gələcəyə doğru birlikdə hərəkət etsinlər.

Ərbildə, Süleymaniyyədə, Bağdadda, Kərkükdə və Mosulda gələcəyi birlikdə quracağıq. Bu bölgədə terror təşkilatlarının yeri yoxdur. İndi onları tamamilə məhv etmək lazımdır. Barəsində danışdığım şəhərlər və mədəniyyətlər qədim mədəniyyətlərdir və “Onlar əvvəllər də belə təhlükələrin öhdəsindən gəliblər və ümid edirəm ki, gələcəkdə də bunu edəcəklər.

Hakan Fidan əlavə tədbirlərin gündəmdə olub-olmaması ilə bağlı suala isə belə cavab verib:

"Nə qədər ki, siz mənim düşmənimə dəstək olursunuz, məndən nə gözləyirsiniz? Biz bu məsələdə açıq danışırıq. Bu düşmənin sizdən istifadə etməsinin qarşısını almaq mənim vəzifəmdir. Mən bunu edəcəm. Bunu edərkən də mən sənin üçün bir tələ qurmuram, üzünə deyirəm. Bundan əl çək, çünki bu sənin xeyrinə deyil, heç kimin xeyrinə deyil. Süleymaniyyədəki xalq Türkiyenin dostudur. Terror təşkilatı (PKK) ilə əlaqəsi yoxdur”.

Nazir Fidan “Süleymaniyyədəki Kürdüstan Vətənpərvərlər Birliyi (KYB) rəhbərliyi və onun tərkib hissəsindəki komandanın PKK (separatçı terror təşkilatı) ilə əlaqələri və səmimiyyəti bizim üçün problem olmaqla yanaşı, artıq milli təhlükəsizlik təhdidinə çevrilib" deyib.



Әlaqәli Xәbәrlәr