“Bəşəriyyət üçün son dərəcə ağrılı və utancverici günlərin şahidi oluruq”, R.T.Ərdoğan

İstanbulda Haliç Konqres Mərkəzində iftar proqramında çıxış edən prezident Ərdoğan müqəddəs Ramazan ayının qarşıdurmaların, humanitar faciələrin və böhranların tüğyan etdiyi ağrılı bir dövrdə qeyd olunduğunu bildirərək deyib ...

2116335
“Bəşəriyyət üçün son dərəcə ağrılı və utancverici günlərin şahidi oluruq”, R.T.Ərdoğan

 

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Fələstin torpaqlarında böyük insanlıq faciəsinin yaşandığını vurğulıayıb.

  İstanbulda Haliç Konqres Mərkəzində iftar proqramında çıxış edən prezident Ərdoğan müqəddəs Ramazan ayının qarşıdurmaların, humanitar faciələrin və böhranların tüğyan etdiyi ağrılı bir dövrdə qeyd olunduğunu bildirərək deyib: “Biz iftar sevincini sevdiklərimizlə, ailələrimizlə və yaxınlarımızla bölüşərkən, Qəzzada və işğal olunmuş Fələstin torpaqlarında sözlər yetərli olmayan böyük bir insani faciə yaşanır.

  Bir kasa isti yemək və ya bir stəkan təmiz su tapmağın belə lüks olduğu bəşəriyyət üçün son dərəcə ağrılı və utancverici günlərin şahidi oluruq.

  Yəmən, Suriya, Sudan, Türküstan və Əfqanıstan başda olmaqla, dünyanın müxtəlif guşələrində yaşayan bacı-qardaşlarımız bu müqəddəs günlərdə həqiqətən ağır sınaqlardan keçir.

  Ədalətə, sülhə, məzlumlar üçün həmrəylik səfərbərliyinə hər zamankından daha çox ehtiyac duyulan bir dövrdəyik.

  Ramazan ayının gəlişi ilə Türkiyə xalqının Qəzzaya və digər məzlum bölgələrə yardımlarını artırdığını görməkdən məmnunluğumu ifadə etmək istəyirəm. Biz Türkiyə olaraq əsrlərdir etdiyimiz kimi, yenə çətinliyə düşənlərin köməyinə getməyə davam edəcəyik”.



Әlaqәli Xәbәrlәr