Türkiyə “Krımın qanunsuz ilhaqının 10-cu ildönümü” ilə bağlı yazılı açıqlama verdi

Türkiyə Xarici İşlər Nazirliyi “Krımın qanunsuz ilhaqının 10-cu ildönümü” ilə bağlı yazılı açıqlama verərək bildirib...

2116159
Türkiyə “Krımın qanunsuz ilhaqının 10-cu ildönümü” ilə bağlı yazılı açıqlama verdi

 

  Türkiyə Ukraynanın ərazi bütövlüyü və suverenliyini dəstəklədiyini bir daha bəyan edib.

  Türkiyə Xarici İşlər Nazirliyi “Krımın qanunsuz ilhaqının 10-cu ildönümü” ilə bağlı yazılı açıqlama verərək bildirib: “2014-cü il martın 16-da keçirilən qeyri-legitim referendumda Ukraynanın Krım Muxtar Respublikasının Rusiya Federasiyası tərəfindən ilhaqından 10 il ötür.

  Türkiyə Krımdakı prosesləri, xüsusilə Krım tatar türklərinin vəziyyətini yaxından izləməyə və onları prioritet məsələ olaraq saxlamağa davam edəcək.

  Bir daha bildiririk ki, beynəlxalq hüququ pozan bu vəziyyəti tanımır, Ukraynanın ərazi bütövlüyü və suverenliyinə dəstəyimizi bir daha vurğulayırıq”.



Әlaqәli Xәbәrlәr