Türkiye İraqın qərarını alqışlayıb

Türkiye İraq Milli Təhlükəsizlik Şurasının "separatçı terror təşkilatı PKK-nın İraqda qadağan olunmuş bir təşkilat olduğu" qərarını alqışlayıb.

2115656
Türkiye İraqın qərarını alqışlayıb

Türkiye İraq Milli Təhlükəsizlik Şurasının "separatçı terror təşkilatı PKK-nın İraqda qadağan olunmuş bir təşkilat olduğu" qərarını alqışlayıb.

İraqın paytaxtı Bağdadda xarici işlər naziri Hakan Fidan ilə İraq Baş nazirinin müavini və xarici işlər naziri Fuad Hüseyn onları müşayiət edən nümayəndə heyətləri ilə görüşüb.

“Türkiye-İraq Təhlükəsizlik Mexanizmi Toplantısı”ndan sonra dərc edilən birgə yekun bəyannamədə prezident Rəcəb Tayyib Ərdoğanın Ramazan ayından sonra (11 mart-9 aprel) İraq səfərinə hazırlıq məsələlərinin müzakirə edildiyi qeyd edilib.

Bəyannamədə İraqın siyasi birliyi, suverenliyi və ərazi bütövlüyünə verilən önəm vurğulanarkən, separatçı terror təşkilatı PKK-nın Türkiye və İraq üçün təhlükəsizlik təhdidləri yaratdığı vurğulanıb və qeyd olunub ki, sözügedən təşkilatın İraq ərazilərində fəaliyyət göstərməsi İraq Konstitusiyasını pozur.

Bəyannamədə  Türkiyenin İraq Milli Təhlükəsizlik Şurasının separatçı terror təşkilatı PKK-nın İraqda qadağan edilmiş bir təşkilat olması ilə bağlı qəbul etdiyi qərarı alqışladığı, tərəflərin İraq torpaqlarından istifadə edərək Türkiyeni hədəf götürən təşkilat və onun qollarına qarşı görüləcək tədbirlərin müzakirə edildiyi vurğulanıb.



Әlaqәli Xәbәrlәr