Çanaqqalada miqrantları daşıyan qayıq batıb, 22 nəfər ölüb

Çanaqqala vilayətinin Eceabat sahillərində qanunsuz miqrantları daşıyan qayığın batması nəticəsində 7- uşaq, 22 nəfər ölüb.

2116013
Çanaqqalada miqrantları daşıyan qayıq batıb, 22 nəfər ölüb

Çanaqqala vilayətinin Eceabat sahillərində qanunsuz miqrantları daşıyan qayığın batması nəticəsində 22 nəfər ölüb.

Bu barədə Çanaqqala valisi İlham Aktaş bildirib.

Məlumata görə, bölgədə 10 sahil mühafizə gəmisi, 2 helikopter, dəniz polisi və başqa qurumların əməkdaşları axtarış-xilasetmə əməliyyatını davam etdirir.

2 nəfər öz imkanları ilə, 2 nəfər isə Sahil Mühafizəsi qrupları tərəfindən xilas edilib.

Çanaqqala valisi İlhami Aktaş "Ölənlərdən 7-i uşaq və körpədir" deyib.

Axtarış-xilasetmə işləri davam edir.

 



Әlaqәli Xәbәrlәr