"Türk Hava Yolları"nın Almaniyaya bəzi reysləri ləğv edilib

"Türk Hava Yolları"nın (THY) Almaniyaya martın 14-nə olan bəzi reysləri ləğv edilib.

2114899
"Türk Hava Yolları"nın Almaniyaya bəzi reysləri ləğv edilib

"Türk Hava Yolları"nın (THY) Almaniyaya martın 14-nə olan bəzi reysləri ləğv edilib.

THY Almaniyanın Berlin, Hamburq və Ştutqart hava limanlarında təhlükəsizlik işçilərinin tətili səbəbilə sabah (14 mart) bəzi uçuşların ləğv ediləcəyini açıqlayıb.

THY mətbuat xidmətindən verilən açıqlamada, martın 14-də İstanbuldan Berlin və Hamburqa gedən uçuşların davam etdiyi, lakin Berlin və Hamburqdan İstanbula uçuşların ləğv edildiyi bildirilib.

Açıqlamada qeyd olunub ki, martın 14-də Ştutqart hava limanında bütün uçuş və eniş reysləri ləğv edilib.



Әlaqәli Xәbәrlәr