Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyenin terrorla mübarizəsinə toxunub

Prezident Rəcəb Tayyib Ərdoğan Şırnak şəhərində çıxış edib.

2115007
Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyenin terrorla mübarizəsinə toxunub

“Cənub sərhədlərimiz boyunca yaratmağa başladığımız təhlükəsizlik dəhlizi ilə ətrafımızdakı yanğının ölkəmizə keçməsinin qarşısını tamamilə alırıq".

Bu barədə prezident Rəcəb Tayyib Ərdoğan Şırnak şəhərində etdiyi çıxışında deyib.

"Cənub sərhədlərimiz boyu yaratmağa başladığımız təhlükəsizlik dəhlizi ilə ətrafımızdakı yanğının ölkəmizə keçməsinin qarşısını tamamilə alırıq" deyə vurğulayan dövlət başçısı bildirib ki, Türkiyeni bu atəşə çəkmək üçün vasitə kimi istifadə edilən terror təşkilatları ilə ölkə sərhədləri arasında sədd çəkərək, həm imperialistlərdən, həm də onların maşalarına məsafə qoyuruq. 

Ərdoğan deyib ki, dünənə qədər Türkiyeyə onun ehtiyatlarını istismar etmək üçün təyyarədən tanka, helikopterdən radara qədər geniş çeşiddə müdafiə sənayesi məhsulları satanlar indi isə Türkiye məhsullarını tələb edirlər.

İllərdir ölkəmizi bazar, insanlarımızı ucuz işçi qüvvəsi, torpaqlarımızı ucuz xammal mənbəyi kimi görənlər indi bizim bazarımıza çevrilib. Yəni, oyunu tərsinə çevirdik. Əgər sabitlik və güvən iqlimimizin zərər görməsinə mane olsaq, birliyimizi, həmrəyliyimizi, qardaşlığımızı qorusaq, aramıza nifaq salmaq istəyənlərə fürsət verməsək, sahib olduğumuz imkanları çox işləyərək fürsətə çevirsək daha çoxunu həyata keçirə biləcəyimizə əmin olun.



Әlaqәli Xәbәrlәr