Türkiyə və Yunanıstan birgə dəniz təlimi həyata keçirdi

Türkiyə Milli Müdafiə Nazirliyi (MSB) bildirib ki ...

2113237
Türkiyə və Yunanıstan birgə dəniz təlimi həyata keçirdi

 

  Türkiyə Milli Müdafiə Nazirliyi (MSB) bildirib ki, “TCG Anamur” mina ov gəmisi ARİADNE-2024 təlimi çərçivəsində Yunanıstan Hərbi Dəniz Donanmasının “HS Evropi” qüvvəsilə Egey dənizində təlim missiyası həyata keçirib.

  Nazirliyin sosial media hesabında yer alan məlumatda yazılır: “NATO-nun Minalara Qarşı Tədbirlər Tapşırıq Qrupu-2 missiyasında iştirak edən “TCG Anamur” mina ov gəmimiz ARİADNE-2024 təlimi çərçivəsində 2 mart 2024-cü il tarixində Ege dənizində Yunanıstan Hərbi Dəniz Donanmasının “HS Evropi” qüvvəsilə təlim keçirdi."



Әlaqәli Xәbәrlәr