Türkiyə ABŞ-ı qınadı

Türkiyə Milli Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Zeki Aktürk Ankarada brifinqdə çıxış edərək deyib ...

2112753
Türkiyə ABŞ-ı qınadı

 

  Rəsmi Ankara ABŞ nümayəndələrinin PKK/YPG terror təşkilatının Suriya qanadının başçıları ilə görüşlərini pisləyib.

  Türkiyə Milli Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Zeki Aktürk Ankarada brifinqdə çıxış edərək ABŞ silahlı qüvvələrinin mərkəzi komandanlığı (CENTCOM) nümayəndə heyətinin Suriyaya səfəri və bu səfər çərçivəsində YPG terrorçularının başçıları ilə keçirilən görüşlərlə bağlı Türkiyə tərəfinin narazılığını bildirib.

  “ABŞ YPG terrorçularını digər terrorçu təşkilat – DAEŞ-lə (İŞİD) mübarizə aparmaq adı altında dəstəkləməkdə davam edir. Bir terror təşkilatına qarşı digər terrorçuların əli ilə müqavimət göstərmək olmaz. Dost dövlətlərdən və müttəfiqlərdən terrorçuları dəstəkləməyi dayandırmağı və Türkiyənin terrorizmlə mübarizə səylərinə həqiqi kömək göstərilməsini gözləyirik”, - deyə Aktürk vurğulayıb.

  Müdafiə Nazirliyinin təmsilçisi cinayətkar təşkilatlarla bundan sonra da mübarizədə öz ölkəsinin qətiyyətini ifadə edib. Onun sözlərinə görə, Türkiyə Silahlı Qüvvələri tərəfindən son həftə ərzində İraqın şimalında və Suriyada 36 terrorçu zərərsizləşdirilib.

  “Rəsmi Ankara terrorçuların fəaliyyəti üçün məkanı daraltmaq istiqamətində bütün zəruri addımları atır. Məqsədimiz Türkiyənin sərhədlərini təhlükəsiz etmək və milli təhlükəsizliyə təhdidləri aradan qaldırmaqdır”, - deyə o əlavə edib.



Әlaqәli Xәbәrlәr