Hakan Fidan Ceyk Sullivan ilə görüşüb

Xarici işlər naziri Hakan Fidan Ağ evin təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sullivana Qəzza zolağında yaxın zamanda atəşkəsin elan edilməsinin vacibliyini bildirib.

2112701
Hakan Fidan Ceyk Sullivan ilə görüşüb

Xarici işlər naziri Hakan Fidan Ağ evin təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sullivana Qəzza zolağında yaxın zamanda atəşkəsin elan edilməsinin vacibliyini bildirib.
Görüşlər keçirmək üçün ABŞ-da səfərdə olan Hakan Fidan paytaxt Vaşinqtonda görüşdüyü Ceyk Sullivan ilə İsrail və "Həmas" arasında aparılan danışıqlarda əldə olunan məqamı dəyərləndirərək, Qəzzada yaxın zamanda atəşkəsin elan edilməsi və bölgəyə çatan humanitar yardımın artırılmasının vacibliyini bildirib. 

Görüşdə artıq ikinci ilinə daxil olan Rusiya-Ukrayna müharibəsinin daha çox uzadılmaması və problemin “Ukraynanın ərazi bütövlüyü və siyasi bütövlüyü çərçivəsində” həll edilməsinin vacibliyi qeyd olunub.

Türkiye tərəfinin Suriyadakı terror təşkilatlarına qarşı mübarizə əzminin vurğulandığı görüşdə ABŞ-ın müttəfiqlik ruhuna uyğun hərəkət etməli və separatçı terror təşkilatı PKK-nın qolları ilə əlaqələrini kəsməli olduğu bildirilib.

Görüşdə ayrıca İraqda siyasi sabitliyə verilən önəm də çatdırılıb, burada "yerləşmiş terror təşkilatları” ilə mübarizə məsələsi müzakirə edilib.

Görüş zamanı həmçinin Azərbaycan-Ermənistan sülh prosesinin dəstəkləndiyi, burada əldə olunacaq irəliləyişlərin Qafqazın çiçəklənməsi üçün həlledici olacağı bildirilib.

Xarici işlər naziri Hakan Fidan Vaşinqtonda ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri Benjamin Kardin və komitə üzvü senatorlarla da görüşüb.



Әlaqәli Xәbәrlәr