Türkiye Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsi İsraili təkzib etdi

İctimaiyyətlə Əlaqələr İdarəsi İsrail hökumətinin sözçüsü Eylon Levinin "Qəzza zolağına daxil olacaq humanitar yardımlar İsrail tərəfindən əngəllənməyəcək" ifadələrinin həqiqəti əks etdirmədiyini bildirib.

2112518
Türkiye Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsi İsraili təkzib etdi

Türkiye Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsi İsrail hökumətinin sözçüsü Eylon Levinin "Qəzza zolağına daxil olacaq humanitar yardımlar İsrail tərəfindən əngəllənməyəcək" ifadələrinin həqiqəti əks etdirmədiyini bildirib.

İdarənin Dezinformasiya ilə Mübarizə Mərkəzinin sosial media hesabından edilən paylaşımda didərgin salınan insanlara daha yaxşı dəstək verilməsini müdafiə edən humanitar yardım təşkilatı "Refugees International"ın son hesabatının İsrailin iddialarını təkzib etdiyi xatırladılıb.

Paylaşımda Birləşmiş Millətlər Təşkilatının (BMT) məlumatlarının İsrail səlahiyyətlilərinin "yardım nəqliyyatının artdığı" iddiasının əksini göstərdiyi və fevral ayında təhvil verilən yardım maşınlarının sayının orta hesabla bir əvvəlki ay ilə müqayisədə 50 faiz azaldığı ifadə edilib.

Paylaşımda qeyd edilib ki, İsrail ayrıca Şimali Erez və Əl Muntar kimi kritik sərhəd-keçid məntəqələrini bağlı saxlayaraq Qəzzanın şimalına girişi əngəlləyib.

Paylaşımda o da vurğulanıb ki, bütün beynəlxalq təşkilatlar İsrail ordusunun bölgəyə yardımın daxil olmasına mane olduğunu təsdiqləyir. İsrailin Fələstin xalqına qarşı soyqırımını maskalamaq üçün apardığı təbliğata inanmayın.



Әlaqәli Xәbәrlәr