Rəcəb Tayyib Ərdoğan Mahmud Abbasla görüşüb

Türkiye Prezidenti Rəcəb Tayyib Ərdoğan Fələstin dövlət başçısı Mahmud Abbasla Qəzzadakı son vəziyyəti müzakirə edib.

2111508
Rəcəb Tayyib Ərdoğan Mahmud Abbasla görüşüb

Türkiye Prezidenti Rəcəb Tayyib Ərdoğan Fələstin dövlət başçısı Mahmud Abbasla Qəzzadakı son vəziyyəti müzakirə edib.
Prezident Ərdoğan 7 aylıq fasilədən sonra Beştəpədə Mahmud Abbası qəbul edib.
Türkiye İsrailin hücumlara başladığı gündən bölgədəki prosesləri yaxından izləyir.
Rəsmi Ankaranın ilkin prioriteti İsrailin Qəzzada törətdiyi qətliamların ən qısa zamanda dayandırılmasıdır. Bu səbəbdən Ramazan ayı başlamazdan əvvəl intensiv görüşlər keçirilir.
Həm Fələstin administrasiyası, həm ''Həmas'', həm də  digər ölkələrlə müxtəlif səviyyələrdə görüşlər davam edir. Bu çərçivədə Fələstin dövlət başçısı Mahmud Abbas Türkiyeyə səfər edib.



Әlaqәli Xәbәrlәr