Rəcəb Tayyib Ərdoğan: ''Fələstinin bizim qəlbimizdə xüsusi yeri var''

Rəcəb Tayyib Ərdoğan və Mahmud Abbas birgə mətbuat konfransında çıxış ediblər.

2111509
Rəcəb Tayyib Ərdoğan: ''Fələstinin bizim qəlbimizdə xüsusi yeri var''

Prezident Rəcəb Tayyib Ərdoğan deyib: "Əsrin ən böyük vəhşiliklərindən birinə şahid oluruq. Qərb güclərinin qeyri-məhdud dəstəyi ilə Netanyahu administrasiyası Fələstin xalqına qarşı açıq soyqırım həyata keçirir. Netanyahu və onun cinayət ortaqları hər bir cinayətə görə mütləq cavab verəcəklər".
Rəcəb Tayyib Ərdoğan bu sözləri Fələstin dövlət başçısı Mahmud Abbasla keçirdiyi birgə mətbuat konfransında deyib.
''Türkiye hər zaman Fələstin məsələsini dəstəkləyib. Fələstinin bizim qəlbimizdə xüsusi yeri var. Bugünkü görüşdə  Fələstindəki son vəziyyəti müzakirə etdik. Onlar tarixlərinin ən çətin dövrlərindən birini yaşayırlar. İsrailin günahsız insanlara qarşı həyata keçirdiyi hücumlarda minlərlə  fələstinli həyatını itirib. 2 milyona yaxın fələstinli evlərini tərk etmək məcburiyyətində qalıb. İsrail günahsız insanların üzərinə bombalar ataraq qətlə yetirir. Ölkəmizin xəstəxanalarında minə yaxın yaralı müalicə olunur. Netanyahu və onun ortaqları tökdükləri qana görə mütləq qanun qarşısında cavab verəcəklər'',-deyə Türkiye Prezidenti vurğulayıb.



Әlaqәli Xәbәrlәr