Əminə Ərdoğan COP29-un prezidenti Muxtar Babayevlə görüşüb
Türkiye Prezidenti Rəcəb Tayyib Ərdoğanın xanımı Əminə Ərdoğan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) prezidenti və Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevlə görüşüb.

Muxtar Babayev görüşlə bağlı xahişini qəbul etdiyinə görə Əminə Ərdoğana təşəkkür edib.
Türkiyedəki təmasları çərçivəsində Kənd Təsərrüfatı və Meşə, Ekologiya, Şəhərsalma və İqlim Dəyişikliyi, Energetika və Təbii Sərvətlər Nazirlikləri ilə də görüşlər keçirəcəklərini bildirən Muxtar Babayev bir sıra sahədə olduğu kimi ətraf mühit məsələlərində və BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası çərçivəsində Türkiye ilə əməkdaşlıqdan məmnunluğunu ifadə edib.
Türk dövlətləri ilə daha sıx koordinasiyasını təmin etmək istədiklərini deyən Muxtar Babayev Əminə Ərdoğanın BMT çərçivəsində və qlobal səviyyədəki təcrübəsindən yararlanmaq istədiklərini qeyd edib.
Əminə Ərdoğan da öz növbəsində Türkiyenin qardaş ölkə Azərbaycana bütün imkanları və təcrübəsi ilə dəstək olacağını vurğulayıb.