Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra açıqlama verib
Prezident Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra açıqlama verib.
2110941
"İraqla olan sərhədlərimizi təhlükəsiz hala gətirmək üçün atılan addımlar tamamlanmaq üzrədir".
Bunu Prezident Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra verdiyi açıqlamada deyib.
Ərdoğan Türkiyeni cənub sərhədləri boyunca quracağı bir terror dövləti ilə diz çökdürəcəklərini düşünənlərə yeni kabuslar yaşadacaq hazırlıqların olduğunu bildirərək deyib:
“İraqla olan sərhədlərimizi təhlükəsiz hala gətirəcək dairəni tamamlamaq üzrəyik. Bu yay İraqla olan sərhədlərimizlə bağlı məsələni daimi həll etmiş olacağıq. Ölkəmizin terrorla mübarizə əzmini hələ də dərk etməyənlərə bu faktı qəbul etdirənədək vacib olan addımları atmaqdan imtina etməyəcəyik”.