Rəcəb Tayyib Ərdoğan Qurbanqulu Berdiməhəmmədovla görüşüb

Prezident Rəcəb Tayyib Ərdoğan Türkmən xalqının Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin sədri  Qurbanqulu Berdiməhəmmədovla görüşüb

2109706
Rəcəb Tayyib Ərdoğan Qurbanqulu Berdiməhəmmədovla görüşüb
erdoğan radev.jpg

Türkiye və Türkmənistan Qəzzaya göndərilən humanitar yardımın artırılması üçün əməkdaşlıq edə bilər.

Bu barədə prezident Rəcəb Tayyib Ərdoğan Türkmən xalqının Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin sədri  Qurbanqulu Berdiməhəmmədovla görüşü zamanı bildirib.

Məlumata əsasən, görüş zamanı Türkiye ilə Türkmənistan arasında ikitərəfli əlaqələr, regional və qlobal problemlər, İsrailin günahsız mülki şəxslərə hücumları müzakirə edilib.

Bundan əlavə, iki ölkə arasında “Təbii qaz sahəsində əməkdaşlığın inkişafı üzrə Qarşılıqlı əməkdaşlığa dair Anlaşma Memorandumu”, “Neft və Təbii Qaz Sahəsində Əməkdaşlığa dair Bəyannamə” və “Türkmənistan Hava Yolları ilə Türk Hava Qüvvələri Universiteti arasında Anlaşma Memorandumu” imzalanıb.

Görüşdə Türkiye ilə Türkmənistan arasında “Təbii qaz sahəsində əməkdaşlığın inkişaf etdirilməsi üzrə Qarşılıqlı Əməkdaşlıq Anlaşma Memorandumu”, “Neft və Təbii Qaz Yataqlarında Əməkdaşlığa dair Niyyət Bəyannaməsi” və “Türkmənistan Hava Yolları ilə Türk Hava Qurumu Universiteti arasında Anlaşma Memorandumu” imzalanıb. 

Prezident Ərdoğan görüşdən əvvəl ad günü münasibətilə Türkmənistan tərəfindən “Türkmən xalqının fəxri ağsaqqalı” adına layiq görülüb və ona kaftan hədiyyə edilib.

Prezident Ərdoğan da qonağı Berdiməhəmmədova təşəkkür edib.



Әlaqәli Xәbәrlәr