İstanbul Hava Limanı Avropanın ən işlək hava limanları arasında birinci olub

İstanbul Hava Limanı 12-18 fevral tarixləri arasında gündə orta hesabla 1302 uçuşla Avropanın ən işlək hava limanı oldu.

2108950
İstanbul Hava Limanı Avropanın ən işlək hava limanları arasında birinci olub

İstanbul Hava Limanı 12-18 fevral tarixləri arasında gündə orta hesabla 1302 uçuşla Avropanın ən işlək hava limanı oldu.

Avropa Hava Naviqasiyasının Təhlükəsizliyi Təşkilatının (Eurocontrol) 12-18 fevral tarixləri üçün Avropa Aviasiya Hesabatı dərc olunub.

Hesabata görə, İstanbul Hava Limanı bu müddət ərzində gündə orta hesabla 1302 uçuşla Avropanın ən işlək hava limanları arasında birinci olub.

İstanbul hava limanını gündə 1271 uçuşla London Hitrou və 1265 uçuşla Amsterdam Şiphol hava limanları izləyib.



Әlaqәli Xәbәrlәr