ABŞ F-16-larla bağlı Türkiyeyə təkliflər göndərib

Türkiyenin Milli Müdafiə Nazirliyi açıqlama yayıb.

2109173
ABŞ F-16-larla bağlı Türkiyeyə təkliflər göndərib

ABŞ Türkiyeyə F-16 qırıcıları ilə bağlı yeni təkliflər göndərib.

Bu barədə Türkiyenin Milli Müdafiə Nazirliyi açıqlama yayıb.

Bildirilib ki, 40 ədəd yeni “F-16 Blok-70”in tədarükü və mövcud 79 ədəd F-16-nın modernləşdirilməsi üçün ABŞ-nin göndərdiyi “Təklif və qəbul məktublarının layihəsi” nazirliyə, eləcə də araşdırılması üçün uyğun bölmələrə çatdırılıb.

Məlumata görə, təkliflər nəzərdən keçirilərək qiymətləndirilir.

Mənbələr araşdırmalar bitdikdən sonra iki tərəfin görüşəcəyini və bu görüşdə birgə araşdırma və qiymətləndirmələrin aparılacağını bildirib. Daha sonra razılaşmanın yekunlaşacağını və cədvəlin başlayacağını bildirən mənbələr "Siyahı və məhsullar əsasında qiymət təyin olunacaq. Son razılaşma mərhələsinə gəlincə, bu razılaşmanın ümumi dəyəri açıqlanacaq. Təklifimiz Türkiyedə həyata keçiriləcək istehsal və modernləşdirmə fəaliyyətləri üçün ABŞ səlahiyyətlilərinə göndərildi" deyiblər.

Nazirlik mənbələri milli müdafiə naziri Yaşar Gülərin Böyük Britaniyaya səfəri zamanı Avropa İttifaqı istehsalı olan "Eurofighter" döyüş təyyarəsi məsələsinin gündəmə gətirilib-gətirilməməsi ilə bağlı sualları da cavablandırıb.

Mənbələr səfərin gündəm mövzularından birinin "Eurofighter" olduğunu və "Eurofighter" konsorsium ölkələrindən Almaniyanın bu mövzuda müsbət yanaşmasının gözlənildiyini, İngiltərə və istehsalçı şirkət nümayəndələri ilə texniki danışıqların davam etdiyini bildirib.



Әlaqәli Xәbәrlәr