Vitse-prezidenti Cevdet Yılmaz İngiltərədə görüşlərini davam etdirir

Türkiyenin vitse-prezidenti Cevdet Yılmaz  İngiltərəyə səfəri çərçivəsində paytaxt Londonda Baş nazir Oliver Dovden ilə görüşüb.

2108320
Vitse-prezidenti Cevdet Yılmaz İngiltərədə görüşlərini davam etdirir

Türkiyenin vitse-prezidenti Cevdet Yılmaz İngiltərəyə səfəri çərçivəsində paytaxt Londonda Baş nazir Oliver Dovden ilə görüşüb.

Görüşdən sonra açıqlama verən C.Yılmaz deyib:

"Görüşdə ticarət-iqtisadi əlaqələrimizi qiymətləndirdik. Bildiyiniz kimi, Brexitdən (Britaniya Avropa İttifaqından çıxdıqdan) sonra iki ölkə arasında Azad Ticarət Sazişi bağladıq. İndi bu sazişi daha da irəli aparmaq, onu dərinləşdirmək və əhatə dairəsini inkişaf etdirmək istəyirik. Bu müstəvidə danışıqlar müsbət çərçivədə davam edir. Həm siyasi, həm də regional məsələləri qiymətləndirmək imkanımız oldu".

C.Yılmaz bütün sahələrdə dialoqun və yüksək səviyyəli əlaqələrin davam etdirilməsinin vacibliyinə diqqət çəkərək, "İngiltərə ilə bu mənada çox yaxşı vəziyyətdəyik. Bütün səviyyələrdə görüşlərimiz və təmaslarımız davam edir. Bu, hər iki ölkənin xeyrinə olacaq təşəbbüsləri dəstəkləyir" deyib.

Müdafiə sənayesindən enerjiyə qədər bir çox sahədə layihələrin müzakirə edildiyini açıqlayan Cevdet Yılmaz İngiltərədəki təmasları çərçivəsində iş adamları ilə də görüşəcəyini bildirib.

C.Yılmaz beynəlxalq birbaşa sərmayə qoyuluşlarının əhəmiyyətini vurğulayaraq, "İngiltərənin Türkiyedə 13 milyard dollardan çox sərmayəsi var. Türk şirkətlərinin də İngiltərədə sərmayələri mövcutdur. Bunları daha yüksək səviyyəyə qaldırmaq istəyirik. 20 milyard dolları da keçəcəyimizə ümid edirəm. Keçən il ticarətdə 19 milyard dolları keçdik" deyib.

Türkiyenin keçən il İngiltərədən 3 milyondan çox turisti qəbul etdiyini vurğulayan vitse-prezident bu il daha çox turistin gözlənildiyinə diqqət çəkib.



Әlaqәli Xәbәrlәr