“Son inkişaf sıçrayışları “Türkiyə əsri”nin infrastrukturudur”, R.T.Ərdoğan

Prezident və Ədalət və İnkişaf Partiyasının (AK Partiya) sədri R.T.Ərdoğan partiyasının Manisa mitinqində xalqa müraciət edərək deyib ...

2108169
“Son inkişaf sıçrayışları “Türkiyə əsri”nin infrastrukturudur”, R.T.Ərdoğan

 

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan son 21 ildə əldə etdikləri demokratiya və inkişaf sıçrayışlarını “Türkiyə əsri”nin infrastrukturu olaraq gördüklərini söylədi.

  Prezident və Ədalət və İnkişaf Partiyasının (AK Partiya) sədri R.T.Ərdoğan partiyasının Manisa mitinqində xalqa müraciət edərək deyib: “Birlik və həmrəylik mühümdür. Son 21 ildə əldə etdiyimiz demokratiya və inkişaf nailiyyətlərini “Türkiyə əsri”nin infrastrukturu kimi görürük.

  Son 21 ildə Türkiyə iqtisadiyyatını 3 dəfədən çox böyütdük, sənaye, kənd təsərrüfatı və ticarətətdə qlobal rəqabətə hazırladıq. Eyni uğuru gələcək dövrdə də göstərəcəyik.

  Ölkə daxilində və sərhəddən kənarda terrorla effektiv mübarizəmiz də davam edir. Suriyanın şimalında “terrorun qurulması”na imkan vermədik”.



Әlaqәli Xәbәrlәr