MİT YPG/YPJ terror təşkilatının daha bir üzvünü zərərsizləşdirib

MİT Qamışlıda keçirdiyi əməliyyatla separatçı terror təşkilatı YPG/YPJ-nin sözdə liderlərindən olan "Azadi Derik" kod adlı Suriya əsilli Əminə Seyid Əhmədi zərərsizləşdirib.

2107965
MİT YPG/YPJ terror təşkilatının daha bir üzvünü zərərsizləşdirib

Türkiyenin Milli Kəşfiyyat Təşkilatı (MİT) Qamışlıda keçirdiyi əməliyyatla separatçı terror təşkilatı YPG/YPJ-nin sözdə liderlərindən olan "Azadi Derik" kod adlı Suriya əsilli Əminə Seyid Əhmədi zərərsizləşdirib.

Təhlükəsizlik mənbələrindən əldə edilən məlumata görə, 2011-ci ildə terror təşkilatına qoşulan və Türkiye təhlükəsizlik qüvvələrinə qarşı əməliyyatları planlaşdırdığı müəyyən edilən Əhməd təqib edilib.

Qamışlıda keçirilən əməliyyat zamanı "Azadi Derik" kod adlı Əminə Seyid Əhməd zərərsizləşdirilib.

Təşkilatın “raketlərin tədarükü və istifadəsindən məsul” adlandırılan Əhmədin “Zeytun budağı” əməliyyatı bölgəsində Türkiye təhlükəsizlik qüvvələrinə qarşı raket hücumlarının əmrini Tel Rıfatdan verdiyi bildirilib.

Terrorçu Əhmədin də Türkiyenin Kilis şəhərində mülki əhalini hədəf alan raket hücumları əmri verdiyi müəyyən edilib.



Әlaqәli Xәbәrlәr