Cevdet Yılmaz İngiltərədə görüşlər keçirir
Türkiyenin vitse-prezidenti Cevdet Yılmaz İngiltərədə görüşlər keçirməyə başlayıb.
Türkiyenin vitse-prezidenti Cevdet Yılmaz İngiltərədə görüşlər keçirməyə başlayıb.
C.Yılmaz paytaxt Londonda Avropa Yenidənqurma və İnkişaf Bankının sədri Odil Renaud-Basso ilə görüşüb.
Türkiyenin Londondakı səfirliyində keçirilən görüşdə Avropa Yenidənqurma və İnkişaf Bankının Türkiyedəki sərmayə qoyuluşları və əməkdaşlıq sahələri müzakirə edilib.
Vitse-prezident Cevdet Yılmaz görüşlə bağlı sosial media hesabında etdiyi paylaşımda bunları deyib:
“Bu günə kimi Avropa Yenidənqurma və İnkişaf Bankı ölkəmizdəki özəl və dövlət qurumlarına 19 milyard avrodan çox maliyyə dəstəyi göstərib. 6 fevral 2023-cü ildə ölkəmizdə baş verən Kahramanmaraş mərkəzli zəlzələlərdən sonra göstərdikləri yaxın həmrəylik üçün bir daha təşəkkür edirəm".
Vitse-prezident Cevdet Yılmaz daha sonra Kıbrıs (Kipr) Türk İcmasının nümayəndələri ilə görüşüb.