“Müdafiə sənayesində xarici asılılığımız azaldıqca xarici siyasətə təsirimiz artır”, R.T.Ərdoğan

Ədalət və İnkişaf Partiyasının da sədri olan Ərdoğan partiyanın Adanada keçirilən mitinqində çıxış edərək deyib ...

2107089
“Müdafiə sənayesində xarici asılılığımız azaldıqca xarici siyasətə təsirimiz artır”, R.T.Ərdoğan

 

  Prezident Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türkiyə qlobal güc olmaq yolunda möhkəm addımlar atır.

  Ədalət və İnkişaf Partiyasının da sədri olan Ərdoğan partiyanın Adanada keçirilən mitinqində çıxış edərək deyib: “Türkiyə xarici siyasətdə regional güc deyil, qlobal güc olmaq yolunda qəti addımlar atır. Xarici siyasətdə artan nüfuzumuzun arxasında güclü müdafiə sənayesi dayanır. Müdafiə sənayesində xarici asılılığımız azaldıqca xarici siyasətə təsirimiz artır.

  Biz vəzifəyə gələndə 80 faiz başqalarından asılı idik. Bu gün isə biz xarici siyasətdə Avropadan “yaxşı” almağa çalışan bir ölkə deyilik, dik və zirək mövqeyi ilə bütün dünyada təqdir olunan bir dövlətik.

  Türkiyənin müdafiə sənayesi dastan yazıb. Bu gün Türkiyənin silahlı və silahsız pilotsuz uçan aparatları 34 fərqli ölkənin səmasını qoruyur. İHA və PUA ilə dünyanın ilk 3 ölkəsindən biriyik. Güclü müdafiə sənayemizlə dünyada söz sahibiyik.

  Bu yaxınlarda KAAN ilk uçuşunu uğurla həyata keçirdi. Dünyanın 4 ölkəsindən biri olduq. KAAN ilə 5-ci nəsil təyyarə istehsal edə bildik. Bütün dünya KAAN-dan danışır.

  Uğurlarımız əzmimizi artırır və dost ölkələrə nümunədir. Bundan sonra da Türkiyəni hər sahədə gücləndirəcək və inkişaf etdirəcəyik”.



Әlaqәli Xәbәrlәr