“Türkiyə ilə bu müqavilə ortaq qətiyyəti təcəssüm etdirir”, H.Ş.Mahmud

“X” sosial media hesabında sözügedən müqavilə ilə bağlı Somali prezidenti yazıb ...

2106322
“Türkiyə ilə bu müqavilə ortaq qətiyyəti təcəssüm etdirir”, H.Ş.Mahmud

 

  Somali prezidenti Həsən Şeyx Mahmud Türkiyə ilə ölkəsi arasında Müdafiə və İqtisadi Əməkdaşlıq Çərçivə Sazişi imzalandığını bildirib.

  “X” sosial media hesabında sözügedən müqavilə ilə bağlı Somali prezidenti yazıb: "Somali ilə Türkiyə arasında təsdiq edilmiş Müdafiə və İqtisadi Əməkdaşlıq Müqaviləsini imzaladım. Bu tarixi razılaşma millətimizin təhlükəsiz və firavan gələcəyə doğru apardığı yolda yeni bir səhifədir. Müqavilə hər cür qeyri-qanuni fəaliyyətlə mübarizədə ortaq qətiyyəti təcəssüm etdirir və Somalinin dəniz təhlükəsizliyi üçün zəruridir. Qardaş Türkiyəyə sülh, sabitlik və rifahın təmin edilməsində göstərdiyi sarsılmaz və vaxtında dəstək və öhdəliklərinə görə dərin təşəkkürümüzü bildiririk."

  Xatırladaq ki fevralın 8-də Türkiyə ilə Somali arasında müdafiə və təhlükəsizlik məsələlərini də əhatə edən Müdafiə və İqtisadi Əməkdaşlıq Çərçivə Sazişi imzalanıb.

  İqtisadi və siyasi problemlərin yaşandığı Somalidə terror təşkilatı “Şəbab”ın illərdir yaratdığı təhlükəli vəziyyət davam edir.



Әlaqәli Xәbәrlәr