TBMM sədri Bakıda Azərbaycan baş naziri ilə bir araya gəldi

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş Asiya Parlament Assambleyasının 14-cü Baş Assambleyası (APA) ilə əlaqədar səfərdə olduğu Azərbaycanın paytaxtı Bakıda görüşlərini davam etdirir

2106713
TBMM sədri Bakıda Azərbaycan baş naziri ilə bir araya gəldi

 

  Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş Asiya Parlament Assambleyasının 14-cü Baş Assambleyası (APA) ilə əlaqədar səfərdə olduğu Azərbaycanın paytaxtı Bakıda görüşlərini davam etdirir.

  Numan Kurtulmuş Azərbaycanın baş naziri Əli Əsədovla görüşüb. Baş nazirlik binasında keçirilən görüşdə TBMM sədri Azərbaycan Milli Məclisinə hər cür dəstəyi davam etdirəcəklərini vurğulayıb.

  Başda müdafiə sənayesi və iqtisadiyyat olmaqla, hər sahədə əməkdaşlığın davam etdiyinə diqqət çəkən N.Kurtulmuş qısa müddətdə ortaq layihələrin həyata keçirilməsinin bölgəyə yararlarından bəhs edib. O, Türkiyə ilə Azərbaycan arasındakı potensialın regional gücə çevrilməsinin vacibliyini də vurğulayıb. 

  Önümüzdəki dövrdə ən mühüm məsələnin Zəngəzur dəhlizinin açılması olduğunu deyən Kurtulmuş dəhlizin açılması ilə bölgə ölkələri ilə ticarət əlaqələrinin güclənəcəyini bir daha təkrar edib. 

  Azərbaycanın baş naziri Əli Əsədov Türkiyə-Azərbaycan Universitetinin yaradılmasının ikitərəfli əlaqələrin inkişafına töhfə verəcəyinə inandıqlarını vurğulayıb. Parlamentlər arasında əlaqələrə önəm verdiklərini deyən Əsədov dostluq qruplarının qarşılıqlı fəaliyyətinin müsbət irəliləyişlərə töhfə verəcəyini bildirib.



Әlaqәli Xәbәrlәr