Numan Kurtulmuş Asiya Parlament Assambleyasının 14-cü plenar sessiyasında çıxış edib

Türkiye Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş Bakının ev sahibliyi etdiyi Asiya Parlament Assambleyasının 14-cü plenar sessiyasında çıxış edib.

2106042
Numan Kurtulmuş Asiya Parlament Assambleyasının 14-cü plenar sessiyasında çıxış edib

"Dünyanın çox çətin bir dönəmdən keçdiyini müşahidə edirik. Məhz bu dönəmdə Asiya Parlament Assambleyası platforma olaraq sülh və sülh fikirləri yaradaraq insanlığa xidmət edəcək".

Bunu Türkiye Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş Bakının ev sahibliyi etdiyi Asiya Parlament Assambleyasının 14-cü plenar sessiyasında deyib.

N.Kurtulmuş bildirib ki, Asiyanın yüksəlişinə şərait yaradacaq məqamlara diqqət yetirilməlidir. APA-nın bu məqamda töhfələri böyük ola bilər.

Bundan sonra Azərbaycanın APA-ya sədrliyi ilə Asiya ölkələri arasında əlaqələrin daha da möhkəmlənəcəyinin şahidi olacağıq. Bu dövr ərzində Azərbaycana tam dəstəyimizi verəcəyik.

Numan Kurtulmuş çıxışında İsrailin Qəzzada davam edən qırğınlarına reaksiya verərək deyib:

"Fələstin məsələsi "Həmas"ın 7 oktyabr hücumu ilə deyil, İsrailin Fələstin torpaqlarını işğal etməsi ilə başlayıb. Təəssüf ki, 1948-ci ildən, hətta 1967-ci ildən bu məsələnin içdən qaynayıb-qarışdığı, böyüdüldüyü dövr olub. İsrailin hücumu altında olan Qəzzada davam edən insanlığa qarşı cinayət bəşər tarixinin ən ağır sınaqlarından biridır.

Qəzza zolağını tamamilə mühasirəyə alan İsrailin Baş naziri Benyamin Netanyahu və dəstəsi nəinki Qəzza zolağını mühasirəyə aldı, həm də hərəkət edən hər şeyi atəşə tutaraq, məhv edərək insanlığa qarşı böyük cinayət törətməyə davam etdi.

Ümid edirəm ki, bütün beynəlxalq təşkilatlar, xüsusilə APA bu insanlıq faciəsinə səssiz qalmayacaq".



Әlaqәli Xәbәrlәr