Liviya-Türkiyə Peşə Təhsil Mərkəzi layihəsi təsdiqləndi
Liviya hökuməti Texniki və Peşə Təhsili Nazirliyi və Türkiyə Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) ilə əməkdaşlıq çərçivəsində paytaxt Tripolidə açılacaq Liviya-Türkiyə Peşə Təhsil Mərkəzi layihəsini təsdiqləyib
Liviya hökuməti Texniki və Peşə Təhsili Nazirliyi və Türkiyə Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) ilə əməkdaşlıq çərçivəsində paytaxt Tripolidə açılacaq Liviya-Türkiyə Peşə Təhsil Mərkəzi layihəsini təsdiqləyib.
TİKA-nın Liviya koordinatoru Əli Suha Bacanakgil Liviya-Türkiyə Peşə Təhsil Mərkəzinin açılması istiqamətində işlərin uzun müddətdir davam etdiyini və hökumətin verdiyi fərmanla hüquqi infrastrukturunun formalaşdığını bildirib.
Liviyada ixtisaslı kadr ehtiyacına töhfə vermək və gənclərin bacarıqlarını inkişaf etdirmələri üçün belə bir layihə hazırladıqlarını bildirən Ə.S.Bacanakgil deyib: “Tripolidəki mərkəz pilot layihədir və bütün Liviyaya yayılacaq. Mərkəzdə “Soyuducu və kondisioner”, “Avtomobil”, “Lift sistemləri”, “Elektrik” və “Mexanika” kimi 5 istiqamət üzrə təlim keçiriləcək.