"Türkiye 5-ci nəsil təyyarəsində daha bir kritik mərhələni geridə qoydu", R.T.Ərdoğan

Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyenin 5-ci nəsil təyyarəsində daha bir kritik mərhələni geridə qoyduğunu bildirib.

2105546
"Türkiye 5-ci nəsil təyyarəsində daha bir kritik mərhələni geridə qoydu", R.T.Ərdoğan

Türkiye 5-ci nəsil təyyarəsində daha bir kritik mərhələni geridə qoydu.

Bu barədə prezident Rəcəb Tayyib Ərdoğan bildirib.

"Bu gün Türkiye müdafiə sənayesinin daha bir qürurverici gününü yaşadıq. Milli döyüş təyyarəmiz KAAN ilk uçuşunu uğurla həyata keçirib”, - deyə dövlət başçısı qeyd edib.

KAAN-ın da F-16 kimi olduğunu izah edən Ərdoğan Türkiyenin 5-ci nəsil təyyarələrinin istehsalı istiqamətində daha bir kritik mərhələni geridə qoyduğunu bildirib.

Türkiyenin "Akıncı" və Kızılelma pilotsuz təyyarələr istehsal etdiyini xatırladan Ərdoğan deyib:

“Müdafiə sənayesində millətimizə yeni müjdələr verməyə davam edəcəyik”.



Әlaqәli Xәbәrlәr