Hakan Fidan Braziliyaya səfər edib

Xarici işlər naziri Hakan Fidan G20 ölkələrinin Xarici İşlər Nazirləri Toplantısında iştirak etmək üçün Braziliyaya gedib.

2105135
Hakan Fidan Braziliyaya səfər edib

Xarici işlər naziri Hakan Fidan G20 ölkələrinin Xarici İşlər Nazirləri Toplantısında iştirak etmək üçün Braziliyaya gedib.

G20 ölkələrinin xarici işlər nazirləri Rio-de-Janeyroda növbəti sədr olan Braziliyanın ev sahibliyində bir araya gəlir.

2 gün davam edəcək iclasda G20-nin beynəlxalq problemlərin həllində rolu və qlobal idarəetmə islahatları müzakirə olunacaq.

İclasda Ukrayna və Qəzzadakı müharibələrin də gündəmdə olması gözlənilir.

İclasda xarici işlər naziri Fidan Türkiyenin BMT Təhlükəsizlik Şurası başda olmaqla qlobal idarəçilik institutlarında islahatlara olan ehtiyaca verdiyi əhəmiyyəti ifadə edəcək.

Hakan Fidan Qəzzada vəhşiliyə son qoyulması və daimi sülhün bərqərar olunmasının vacibliyinə də diqqət çəkəcək.

Xarici işlər naziri Fidan Braziliyada ikitərəfli görüşlər də keçirəcək.

Nazir Fidan toplantı münasibətilə keçiriləcək MİKTA (Meksika, İndoneziya, Cənubi Koreya, Türkiye, Avstraliya) 25-ci Xarici İşlər Nazirləri Toplantısında da iştirak edəcək.



Әlaqәli Xәbәrlәr