Rəcəb Tayyib Ərdoğan:''Bölgəmizdə davamlı sülh üçün tarixi fürsət pəncərəsi açıldı''

Türkiye Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib: "Azərbaycanla çiyin-çiyinə hərəkət edirik. Qarabağda işğala son qoyulması ilə birlikdə bölgəmizdə davamlı sülh üçün tarixi bir fürsət pəncərəsi açıldı''.

2104490

Prezident Rəcəb Tayyib Ərdoğan bu sözləri Azərbaycan Prezidenti İlham Əliyevlə birgə mətbuat konfransındakı çıxışında bildirib.
Rəcəb Tayyib Ərdoğan deyib:''Mən əziz qardaşım İlham Əliyevi Azərbaycanda keçirilmiş prezident seçkilərində əldə etdiyi qələbə münasibətilə bir daha təbrik edirəm. Mən çox şadam ki, qardaşım İlham Əliyev prezident seçiləndən dərhal sonra ilk rəsmi xarici səfərini Türkiyeyə etdi. Fevralın 7-də keçirilmiş prezident seçkiləri Azərbaycanın bütün suveren ərazisində ilk dəfə keçirildiyi üçün tarixi əhəmiyyət kəsb edir. Ümid edirəm ki, seçkinin nəticələri Türkiye-Azərbaycan münasibətləri və qardaş Azərbaycan xalqı üçün xeyirli olacaq.Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin bu il keçiriləcək tədbirlərə qatılmasına maneə yaradılması ilə bağlı qəbul edilən qərarlara etirazımızı güclü şəkildə göstərdik.Assambleyanın münaqişə yox, parlament demokratiyasını gücləndirəcək bir dialoq platforması olmasının vacibliyini vurğulamaqda davam edəcəyik.Qəbul olunan qərar ləğv edilənə qədər Azərbaycana dəstəyimizi və bu istiqamətdəki səylərimizi davam etdirəcəyik".

Әlaqәli Xәbәrlәr