Türkiyə xarici işlər nazirinin Münhen görüşləri

Türkiyənin xarici işlər naziri Hakan Fidan 60-cı Münhen Təhlükəsizlik Konfransı çərçivəsində ikitərəfli görüşlərini davam etdirir

2103757
Türkiyə xarici işlər nazirinin Münhen görüşləri

 

  Türkiyənin xarici işlər naziri Hakan Fidan 60-cı Münhen Təhlükəsizlik Konfransı çərçivəsində ikitərəfli görüşlərini davam etdirir.

  Nazir Almaniyanın Münhen şəhərində İslandiya və İtaliyanın xarici işlər nazirləri ilə ayrı-ayrılıqda görüşüb.

  Hakan Fidanın islandiyalı həmkarı Byarni Benediktson (Bjarni Benediktsson) ilə görüşündə NATO-nun genişlənmə prosesi, Ukraynadakı hadisələr və Qəzzadakı vəziyyət müzakirə edilib.

  İtaliya baş nazirinin müavini və xarici işlər naziri Antonio Tayani  (Tajani) ilə görüşündə isə Türkiyə-Avropa İttifaqı (Aİ) münasibətləri ətraflı müzakirə olunub.

  Türkiyəli nazir Aİ ilə üzvlük müzakirələrində siyasi maneələrin aradan qaldırılması ilə bağlı gözləntilərin gündəmdə olduğu görüşdə Türkiyəyə digər namizəd ölkələrdən fərqli yanaşmanın qəbuledilməz olduğunu bir daha vurğulayıb. Söhbət zamanı həmçinin, Aİ-nin Qəzzada törədilən qətliamın dayandırılması üçün daha güclü çağırışlar etmək və konkret addımlar atmağın vacibliyi qeyd edilib.

  Liviyada baş verən hadisələrin də müzakirə edildiyi görüşdə Liviyada qalıcı və davamlı sülh üçün görülə biləcək birgə səylər qiymətləndirilib.

  Türkiyənin xarici işlər naziri Hakan Fidan Beynəlxalq Cinayət Məhkəməsinin (UCM) baş prokuroru Kərim Əhməd Xan ilə də görüşüb. Baş prokuror Xan Fidana İsrailin Qəzzada hərəkətləri ilə bağlı davam edən proses barədə məlumat verib. Beynəlxalq ictimaiyyətin bütün çağırışlarına baxmayaraq, İsrailin Qəzzada istifadə etdiyi üsullarda heç bir dəyişiklik etmədiyini deyən Kərim Əhməd Xan Beynəlxalq Cinayət Məhkəməsi olaraq qanunu pozanları məsuliyyətə cəlb etmək məcburiyyətində olduqlarını bildirib.

  Hakan Fidan Qəzzada vəziyyətin gündən-günə pisləşdiyini və geri dönüşü olmayan bir nöqtəyə çatdıqdan sonra Fələstin xalqının xeyrinə qərar qəbul etməyin gec olmamasını arzulayıb.

  Türkiyənin xarici işlər naziri almaniyalı həmkarı Annalena Baerbok ilə də görüşüb. Onun da diqqətinə Qəzzada davam edən qırğınların dərhal dayandırılması üçün tədbirlər görülməsini çatdırıb. Görüş zamanı hər iki tərəf Qəzzaya humanitar yardımın çatdırılması üçün daha çox səy göstərilməsi ilə bağlı razılığa gəlib. Söhbət zamanı Almaniya-Türkiyə iqtisadi əlaqələri də müzakirə edilib.

  Hakan Fidan Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermak, Almaniya federal parlament sədrinin müavini, Sosial Demokrat Partiyadan (SPD) deputat Aydan Özoguz və partiya qrupunun xarici siyasət sözçüsü Nils Şmidi (Nils Schmid) ilə də görüşüb.



Әlaqәli Xәbәrlәr