Sedat Önal: ''Qəzzada aclıq təhlükəsi həyəcanverici həddə çatıb''

Türkiyenin Birləşmiş Millətlər Təşkilatındakı (BMT) daimi nümayəndəsi səfir Sedat Önal Qəzzada aclıq təhlükəsinin həyəcanverici həddə çatdığını bildirib.

2102049
Sedat Önal: ''Qəzzada aclıq təhlükəsi həyəcanverici həddə çatıb''

Türkiyenin Birləşmiş Millətlər Təşkilatındakı (BMT) daimi nümayəndəsi səfir Sedat Önal Qəzzada aclıq təhlükəsinin həyəcanverici həddə çatdığını bildirib.
Səfir Sedat Önal BMT Təhlükəsizlik Şurasında (BMT TŞ)  “İqlim dəyişikliyinin ərzaq təhlükəsizliyinə təsiri” mövzusunda keçirilən  sessiyada çıxış edib.
Dünyanın fərqli, mürəkkəb və bir-biri ilə əlaqəli problemlərlə mübarizə apardığına diqqət çəkən Önal, həll üçün nəticəyönümlü birgə fəaliyyətin vacibliyini qeyd edib.
Sedat Önal bildirib ki, BMT Təhlükəsizlik Şurasının 2417 saylı qətnaməsi münaqişə ilə ərzaq təhlükəsizliyi arasındakı əlaqəni ortaya qoyur.
"Şura bu qərarla mülki əhalinin aclıqdan ölməsini və humanitar yardımların əldə edilməsinin qarşısının alınmasını kəskin şəkildə pisləyib. Xüsusilə Qəzza, Suriya, Yəmən, Ukrayna və Afrikanın bəzi bölgələrində qərarın effektiv şəkildə həyata keçirilməsi böyük əhəmiyyət kəsb edir'',-deyə səfir Sedat Önal qeyd edib. 
Səfir Sedat Önal Qəzzada 2,2 milyon insanın kifayət qədər humanitar yardım olmadan İsrailin aramsız bombardmanlarına məruz qaldığına diqqət çəkərək deyib: “Qəzzada aclıq həyəcanverici həddə çatıb''.
Bəzi ölkələrin Qəzzaya humanitar yardım əməliyyatlarının əsasını təşkil edən BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinə (UNRWA) ayrılan vəsaiti dayandırdığını vurğulayan Sedat Önal deyib: "Lakin BMT Təhlükəsizlik Şurası hələ də bu münaqişəni dayandıra bilməyib. Biz danışarkən  Qəzzanın cənubunda, Rəfahda beynəlxalq ictimaiyyətin bütün xəbərdarlıqlarına baxmayaraq faciənin yeni pərdəsi açılır. Şura Qəzzadakı fəryada qulaq asmalıdır''.
Sedat Önal Şuranın təcili olaraq humanitar atəşkəs və fasiləsiz humanitar yardım təmin etməli və insanların yurd-yuvalarından didərgin salınmasının qarşısını almalı olduğunu vurğulayıb.
Səfir Sedat Önal həmçinin  Türkiyenin sülhə, iqlim dəyişikliyi ilə mübarizəyə və ərzaq təhlükəsizliyinin aradan qaldırılmasına yönəlmiş bütün beynəlxalq səyləri dəstəkləməyə davam edəcəyini vurğulayıb.



Әlaqәli Xәbәrlәr