Küçükçekmece bələdiyyə sədrliyinə namizədə silahlı hücum edənlər yaxalandı

Ədliyyə naziri Yılmaz Tunç sosial media hesabında açıqlama verərək bildirib ...

2100720
Küçükçekmece bələdiyyə sədrliyinə namizədə silahlı hücum edənlər yaxalandı

 

  Türkiyə Ədalət və İnkişaf Partiyasının (AK Partiya) İstanbul Küçükçekmece bələdiyyə sədrliyinə namizədi Əziz Yeniayın seçki kampaniyası zamanı törədilən silahlı hücumla bağlı 12 şübhəli tutulub.

  Ədliyyə naziri Yılmaz Tunç sosial media hesabında açıqlama verərək bildirib: "Hücumla əlaqəsi olduğu düşünülən 12 nəfər saxlanılıb, 7 şübhəlinin tutulması istiqamətində də işlər davam etdirilir. İstintaq çoxşaxəli və vasvasılıqla aparılır”.

  Xatırladaq ki, AK Partiyadan bələdiyyə sədri namizədi Əziz Yeniay Küçükçekmecedə seçki kampaniyasını apararkən ona uzun lüləli tapançadan atəş açılıb.

  Bir nəfərin ağır yaralandığı hücumdan sonra polis qrupları hadisəyə qarışan adamların tutulması üçün əməliyyata başlayıb.



Әlaqәli Xәbәrlәr