TBMM sədri Şimali Makedoniyanın ədliyyə naziri və heyətini qəbul etdi

Paytaxt Ankarada TBMM-də keçirilən qəbulda Balkanların sülh və təhlükəsizliyi, ikitərəfli və parlamentlərarası əlaqələr, aktual regional və qlobal problemlər müzakirə olunub

2099914
TBMM sədri Şimali Makedoniyanın ədliyyə naziri və heyətini qəbul etdi

 

 

  Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş Şimali Makedoniyanın ədliyyə naziri Krenar Lloqa və onu müşayiət edən nümayəndə heyətini qəbul edib.

  Paytaxt Ankarada TBMM-də keçirilən qəbulda Balkanların sülh və təhlükəsizliyi, ikitərəfli və parlamentlərarası əlaqələr, aktual regional və qlobal problemlər müzakirə olunub.

  Dünyanın indiki şərtləri daxilində Balkanlarda sabitliyin təkcə buradakı ölkələri deyil, bölgədəki sülhə də təsir edən mühüm əhəmiyyətli bir məsələ olduğuna diqqət çəkən Kurtulmuş deyib: “Türkiyə olaraq Balkan ölkələri ilə münasibətlərdə əsas məsələ qarşılıqlı etimad və sabitliyin qorunmasıdır. Siyasi fikir ayrılıqlarının sürətli həlli bölgə üçün həyati əhəmiyyət daşıyır.

  Bölgədəki gərginlik və qarşıdurmalar Balkanlarda da hər bir ölkəni həssaslaşdırır. Məsələn, Rusiya ilə Ukrayna arasındakı müharibə ilk növbədə Balkan coğrafiyasına təsir edib. Buna görə də etimad və sabitlik məsələsini ön planda tutmaq, məsələlərin sülh danışıqları və qarşılıqlı razılıq əsasında həlli prinsipindən əsla kənara çıxmamaq lazımdır”.

  Öz növbəsindəki çıxışında Ankarada çox məhsuldar görüşlər keçirdiklərini söyləyən Makedoniyanın ədliyyə naziri Krenar Lloqa Türkiyənin bütün sahələrdə, xüsusilə də məhkəmə sistemində əldə etdiyi uğurlardan yararlanmaq istədiklərini qeyd edib.



Әlaqәli Xәbәrlәr