Türkiye Pakistana dəstəyini bildirib
Türkiye Pakistanın terrorla mübarizəsini dəstəkləməyə davam edəcəyini bildirib.
2099462
Türkiye Pakistanın terrorla mübarizəsini dəstəkləməyə davam edəcəyini bildirib.
Pakistanda fevralın 7-də baş verən terror aktları ilə bağlı Xarici İşlər Nazirliyi yazılı açıqlama verib.
"Pakistanın Bəlucistan əyalətinin iki rayonunda baş verən terror aktları nəticəsində 30-a yaxın insanın həyatını itirdiyini və çoxlu sayda yaralı olduğunu dərin kədər hissi ilə öyrəndik. Qardaş Pakistan xalqının ağrısını paylaşırıq. Pakistanın terrorla mübarizəsini dəstəkləməyə davam edəcəyik”, -bəyanatla qeyd edilib.
Pakistanın Bəlucistan əyalətində bu gün keçiriləcək seçkilərdə deputatlığa namizədləri hədəf alan bombalı hücumlarda 28 nəfər ölüb, 47 nəfər yaralanıb.