“Müdafiə sənayesi investisiyalarını zəlzələ bölgəsinə yönəltdik”, R.T.Ərdoğan

R.T.Ərdoğan Adıyamandakı zəlzələ sonrakı tikilən evlərin püşkatma mərasimində iştirak edib

2099687
“Müdafiə sənayesi investisiyalarını zəlzələ bölgəsinə yönəltdik”, R.T.Ərdoğan

 

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan müdafiə sənayesi investisiyalarını zəlzələ bölgəsinə yönəltdiklərini söylədi.

  R.T.Ərdoğan Adıyamandakı zəlzələ sonrakı tikilən evlərin püşkatma mərasimində iştirak edib. Ölkə prezidenti 6 fevral 2023-cü ildə baş verən zəlzələlərdən zərər çəkmiş Adıyamanda edilən təsbitlər nəticəsində 39 min evin 45 min 305 sahibinə verildiyini söyləyərək deyib: “Bu gün 2798 evi təhvil verdik. Tikintisi davam edən 32 min evi də ilin sonuna qədər mərhələli şəkildə veriləcək və ümumiyyətlə, onları iş yeri təklif etməyi də düşünürük.

  Biz nəinki yaşayış və iş yerləri qurduq, şəhərlərin küçə və meydanlarını abadlaşdırdıq, əsas infrastrukturu böyük investisiyalarla yenilədik.

  Artıq ölkəmizin ən sürətlə inkişaf edən sektoru olan müdafiə sənayemizin sərmayələrini zəlzələ bölgəsindəki şəhərlərimizə yönəltmək üçün bir məskunlaşma və məşğulluq layihəsinə başlamışıq. Adıyamanda, müdafiə sənayesi şirkətlərimizin ortaqlığı və TUSAŞ-ın (Türkiyə Təyyarə Sənayesi A.Ş.) koordinasiyası ilə laboratoriya, kabel, birləşdirici və kabel obyekləri qurduq."



Әlaqәli Xәbәrlәr