“Bu şəhərlər bərpa olunmayanadək bizə dincəlmək yoxdur”, R.T.Ərdoğan

Kahramanmaraş mərkəzli zəlzələdən zərər çəkən 11 rayondan biri olan Qaziantepdə şəhər xəstəxanasının açılış mərasimində iştirak və çıxış edən Ərdoğan deyib ...

2097319
“Bu şəhərlər bərpa olunmayanadək bizə dincəlmək yoxdur”, R.T.Ərdoğan

 

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 2023-cü ilin 6 fevralında Kahramanmaraş mərkəzli zəlzələlərdən zərər çəkmiş şəhərlər tam bərpa olunmayana qədər dayanıb dincəlməyəcəklərini bildirib.

  Kahramanmaraş mərkəzli zəlzələdən zərər çəkən 11 rayondan biri olan Qaziantepdə şəhər xəstəxanasının açılış mərasimində iştirak və çıxış edən Ərdoğan deyib: “1875 çarpayılıq xəstəxananın açılışı ilə şəhərə səhiyyə infrastrukturunda yeni bir lokomotiv iş gətiririk.

  14 milyon adama təsir edən “Əsrin fəlakəti”ndən 1 il keçdi. Yaraları sağaltmaq üçün verdiyimiz vədləri sürətlə yerinə yetiririk. Zəlzələdən sonra bölgədə evlərin tikintisi sürətlə artıb və açarları təhvil verilir.

  Biz zəlzələ şəhərlərimizi infrastrukturu, üst quruluşu, şəhər mərkəzi və kənd yerləri ilə tam dirçəldənə qədər dincəlməyəcəyik”.

  Türkiyə prezidenti Qaziantepin İslahiye rayonunda təşkil edilən “Zəlzələdən sonra mənzillərin açar təhvil mərasimi”nə onlayn qatılıb və deyib: “Bu gün tamamlanan 10 min 698 ev üçün lotereya çəkildi. Tikintisi sürətlə davam edən 14 min ev də mərhələli şəkildə tamamlanıb qanuni sahiblərinə təhvil veriləcək.

  Sonuncu vətəndaşımız evinə donənə qədər bizə rahatlıq yoxdur.

  Zəlzələ bölgəsində içməli su, kanalizasiya və təmizləyici qurğular kimi infrastruktur layihələri üçün yerli hökumətlərə 56 milyard lirə qrant dəstəyi vermişik”.



Әlaqәli Xәbәrlәr