TBMM sədrinin Bəhreyn və BƏƏ səfərləri

N.Kurtulmuşun Bəhreyn və BƏƏ-yə səfərləri zamanı bu ölkələrlə ikitərəfli və parlamentlərarası əlaqələri müzakirə edəcəyi, qlobal və regional məsələlər ətrafında fikir mübadiləsi aparacağı gözlənilir

2094174
TBMM sədrinin Bəhreyn və BƏƏ səfərləri

 

  Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş yanvarın 28-31 tarixlərində Bəhreyn və Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) rəsmi səfərdə olacaq.

  N.Kurtulmuşun Bəhreyn və BƏƏ-yə səfərləri zamanı bu ölkələrlə ikitərəfli və parlamentlərarası əlaqələri müzakirə edəcəyi, qlobal və regional məsələlər ətrafında fikir mübadiləsi aparacağı gözlənilir.

  Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş 28 yanvarda paytaxt Manamada ilk olaraq Bəhreyn Nümayəndələr Palatasının sədri Əhməd əl-Musalam, Bəhreyn Hökumət Şurasının sədri Əli ibn Saleh əl-Saleh və vəliəhd şahzadə, Bəhreynin baş naziri Salman ibn Hamed İsa əl-Xəlifə ilə görüşəcək.

  Türkiyə parlament sədrinin Bəhreyn kralı Hamed ibn İsa əl-Xəlifə tərəfindən qəbul ediləcəyi, qlobal və regional mövzularda fikir mübadiləsi aparılacağı da nəzərdə tutulur.

  Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş Bəhreynə səfərindən sonra ilk olaraq BƏƏ-nin paytaxtı Əbu-Dabidəki Vahat əl-Karama Şəhidliyini ziyarət edəcək. Sonra BƏƏ Federal Milli Şurasının sədri Saqr Xobaş ilə BƏƏ Federal Milli Şurasında görüşəcək və onun şərəfinə keçiriləcək dəvətə qatılacaq.

  N.Kurtulmuşun BƏƏ prezidenti Məhəmməd ibn Zayed əl-Nəhyan tərəfindən də qəbul ediləcəyi və fikir mübadiləsi aparılacağı gözlənilir.



Әlaqәli Xәbәrlәr