Hakan Fidan Qəzzada atəşkəsin həyata keçirilməsinin vacibliyini vurğulayıb

Türkiyenin xarici işlər naziri Hakan Fidan Yaxın Şərqdə daimi sülhün təmin edilməsi üçün Qəzzada atəşkəs və iki dövlətli həll variantının dərhal həyata keçirilməsinin vacibliyini vurğulayıb.

2093925

Nazir Hakan Fidan İstanbulda Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeronla görüşüb.
Xarici İşlər Nazirliyinin İstanbuldakı nümayəndəliyində keçirilən görüşdə Qəzza başda olmaqla regional məsələlər və ikitərəfli əlaqələr müzakirə edilib.
Hakan Fidan və Devid Kemeron təkbətək görüşdən sonra nümayəndə heyətləri arasında baş tutan görüşə sədrlik ediblər.
Görüşdə xarici işlər naziri Hakan Fidan Qəzzada dərhal  atəşkəsin təmin olunması və Yaxın Şərqdə daimi sülhün əldə edilməsi üçün iki dövlətli həllinin həyata keçirilməsinin vacibliyini vurğulayıb və NATO çərçivəsində müttəfiqlik münasibətlərinə də toxunub.
Devid Kemeron isə öz növbəsindv Prezident Rəcəb Tayyib Ərdoğanın İsveçin NATO-ya üzvlük protokolu ilə bağlı sərəncamı imzalamasından və müvafiq protokolu təsdiq etməsindən də məmnunluğunu ifadə edib.
Qara dənizin təhlükəsizliyinin vacibliyinə də toxunulan görüşdə iki nazir Türkiye ilə Böyük Britaniya arasında ticarət, iqtisadiyyat və müdafiə sənayesi başda olmaqla bütün sahələrdə ikitərəfli əlaqələri gücləndirmək mövzusunda qətiyyətli olduqlarını vurğulayıblar. 

Әlaqәli Xәbәrlәr