“TRT World Citizen'' mükafatları tәqdim edildi

Türkiye Radio Televiziya Qurumunun (TRT) təşkil etdiyi “TRT World Citizen'' mükafatının qalibləri müəyyən edilib.

2091148
“TRT World Citizen'' mükafatları tәqdim edildi
filistinli doktor abu sittah trt world citizen 2024.jpg

Türkiye Radio Televiziya Qurumunun (TRT) təşkil etdiyi “TRT World Citizen'' mükafatının qalibləri müəyyən edilib.
TRT-nin Baş direktoru Mehmet Zahid Sobacının ev sahibliyində təşkil edilən mükafatlandırma mərasimində Türkiye Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun “TRT World Citizen''in əhəmiyyətinə diqqət çəkib.
Fəxrəddin Altun deyib:“Türkiye Cümhuriyyəti olaraq tariximizin heç bir dönəmində nə ətrafımızda, nə də dünyada baş verən problemlərə və çağırışlara biganə qalmamışıq”. 
TRT-nin ədalətli dəyişikliyə ilham verənləri bir araya gətirdiyini vurğulayan Fəxrəddin Altun deyib:''Prezident Rəcəb Tayyib Ərdoğanın daha yaxşı bir dünya üçün baxışının xülasəsini təqdim edən  “Dünya beşdən böyükdür!” manifesti bizim ölkə olaraq bu kontekstdə ortaya qoyduğumuz konkret, möhkəm iradənin təzahürüdür. “Daha ədalətli dünya mümkündür” çağırışı da bu dəyərli fikrin göstəricisidir. “TRT World Citizen'' kimi təşəbbüslərlə bu iradəni əlimizdə olan bütün vasitə və imkanlarla gücləndirmək və daha da konkret səviyyəyə çatdırmaq üçün  səy göstəririk”.

TRT-nin baş direktoru Mehmet Zahid Sobacı da Qəzzadakı hadisələrə toxunaraq haqlının mövqeyinə üstünlük verən medianın gücünə diqqət çəkib. 
“Bu əsrin məsələsi iradə məsələsidir. Vicdanlı iradə nümayiş etdirənlərin gücü və sayı dünyanın taleyini müəyyən edəcək”,-deyə Mahmet Zahid Sobacı vurğulayıb.
“TRT World Citizen'' mükafatları 5 kateqoriya üzrə verilib: Təhsil, Ünsiyyət, Gənclik, İlin dünya vətəndaşı və Həyat boyu nailiyyət.
“İlin dünya vətəndaşı” mükafatının sahibi İsrailin 7 oktyabrda başlayan və 100 gündən çoxdur davam edən Qəzza qətliamı zamanı bölgədə çətin şəraitdə çalışan fələstinli həkim Əbu Sittaha verilib.



Әlaqәli Xәbәrlәr