R.T.Ərdoğan yeni gəmi platformalarının TSQ-nin inventarına daxil edilməsi mərasimində çıxış edib

Türkiye Prezidenti Rəcəb Tayyib Ərdoğan müdafiə sahəsində güclü və müstəqil olmayan xalqların gələcəyinə inamla baxmasının mümkün olmadığını deyib.

2091045
R.T.Ərdoğan yeni gəmi platformalarının TSQ-nin inventarına daxil edilməsi mərasimində çıxış edib

Türkiye Prezidenti Rəcəb Tayyib Ərdoğan müdafiə sahəsində güclü və müstəqil olmayan xalqların gələcəyinə inamla baxmasının mümkün olmadığını deyib.
Prezident Rəcəb Tayyib Ərdoğan yeni gəmi platformalarının Türkiye Silahlı Qüvvələrinin inventarına daxil edilməsi mərasimində çıxış edib. 
Rəcəb Tayyib Ərdoğan təhvil verilən hər gəminin Hərbi Dəniz Qüvvələrinin gücünə daha çox güc qatacağını bildirib.
Türkiye Prezidenti deyib: "Bu gün təkcə gəmilərimizin təhvil verilməsi ilə kifayətlənmirik. Eyni zamanda dünyanın ilk elektron döyüş qabiliyyətinə malik pilotsuz suüstü gəmisini donanmamızın inventarına daxil edirik. Avtonom suüstü dəniz gəmimiz Marlin SİDA kəşfiyyat və müşahidə işlərini, həmçinin  yerüstü döyüş, elektron dəstək və elektron hücum vəzifələrini pilotsuz və tamamilə avtonom şəkildə həyata keçirəcək. Marlin SİDA üstün texniki xüsusiyyətləri ilə dənizlərdəki hökmranlığımızı dəstəkləyəcək, düşmənlərə qorxu, dostlara güvən verəcək''
Prezident vurğulayıb ki, müdafiə sahəsində güclü və müstəqil olmayan xalqların öz gələcəyinə inamla baxması mümkün deyil.

“Bu gün bölgəmizə təyyarədaşıyan gəmilər göndərərək İsrail rəhbərliyinə qeyri-məhdud və qeyd-şərtsiz dəstək verənləri götürürük” deyən  Rəcəb Tayyib Ərdoğan Qəzza məsələsində Qərb ölkələrinin və beynəlxalq təhlükəsizlik qurumlarının inandırıcılığını itirdiyini bildirib.
Rəcəb Tayyib Ərdoğan insan hüquq və azadlıqları ilə bağlı hesabat hazırlayanların 100 gündən çoxdur Qəzzada vəhşicəsinə qətlə yetirilən uşaqları, körpələri, qadınları görmədiklərini, zülmün qarşısını almaq üçün bir addım da atmadıqlarını qeyd edib.
''Onlar günümüzün füreri Benyamin Netanyahu və onun komandasının  Fələstin xalqına qarşı soyqırım hesab edilən barbarlığını izləməklə kifayətlənirdilər'',-deyə Türkiye Prezidenti vurğulayıb.
Mərasimdə TCG Derya, TCG İstanbul, TCG baş leytenantı Arif Ekmekçi və Marlin SİDA  gəmi platformaları Türkiye Hərbi Dəniz Qüvvələrinə təhvil verilib.
Hər biri fərqli vəzifələrdə istifadə olunacaq bu platformalar Türkiye Hərbi Dəniz Qüvvələrinin Mavi Vətəndəki gücünü artıracaq.



Әlaqәli Xәbәrlәr