Türkiye ilə Yaponiya Qəzza zolağına humanitar yardımla bağlı əməkdaşlıq edəcək

Türkiyedə səfərdə olan Yaponiyanın xarici işlər naziri Yoko Kamikava ilə Hakan Fidan arasında görüş olub.

2089610
Türkiye ilə Yaponiya Qəzza zolağına humanitar yardımla bağlı əməkdaşlıq edəcək

Türkiyedə səfərdə olan Yaponiyanın xarici işlər naziri Yoko Kamikava ilə xarici işlər naziri Hakan Fidan arasında görüş olub.

Görüşdən sonra iki ölkənin XİN rəhbərləri mediaya birgə açıqlama veriblər.

Nazirlər bu il Türkiye ilə Yaponiya arasındakı diplomatik münasibətlərin yüzüncü ildönümünün qeyd olunduğunu, bu münasibətlərin möhkəm təməl üzərində inkişaf etdirildiyini və 2013-cü ildə strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini xatırladıblar.

Hakan Fidan il boyu təşkil ediləcək mədəni, akademik və iqtisadi tədbirlər, eləcə də qarşılıqlı səfərlərin mövcud əlaqələrə yeni təkan verəcəyinə inamını ifadə edib.

Görüşdə gündəmdəki mühüm məsələlərin müzakirə olunduğunu deyən Fidan bu il həm Türk-Yapon Elm və Texnologiya Universitetinin fəaliyyətə başlayacağını, həm də ilk dəfə keçirilməsi planlaşdırılan Türkiye-Yaponiya Enerji Forumu ilə bağlı işlərin davam etdiyini bildirib.

Nazir, həmçinin uzun müddətdir davam edən iqtisadi tərəfdaşlıq və sosial təminat müqavilələrini müzakirə etdiklərini, bunların qarşılıqlı fayda əsasında ən qısa zamanda imzalanmasını istədiklərini ifadə edib.

Qeyd edilib ki, iki ölkə arasında enerji sahəsində mövcud əməkdaşlıq potensialının reallaşdırılmasına önəm verilir.

Yaponiyalı nazir öz növbəsində iki ölkə arasındakı əlaqələrin gələcəyinin parlaq olduğunu vurğulayaraq, ölkəsi ilə Türkiye arasındakı əməkdaşlığı daha da dərinləşdirmək arzusunu ifadə edib.

Nazirlər, həmçinin terrorla birgə mübarizədə və Qəzzaya humanitar yardımların çatdırılması mövzusunda həmfikir olduqlarını bildiriblər.

Hakan Fidan yaponiyalı həmkarı ilə terrorla mübarizə sahəsində əməkdaşlığı da müzakirə etdiklərini və bu sahədə birgə səyləri gücləndirəcəklərini bildirib.

Qəzzadakı qətliamın və Ukraynadakı müharibənin bir an əvvəl sona çatmasının vacibliyini vurğulayan Fidan, daha çox günahsız insanların qanının tökülməsinə icazə verilməməlidir deyib.

Hakan Fidan "Biz inanırıq ki, Orta Şərqdə daimi sülh yalnız iki dövlətli həll yolu ilə reallaşa bilər. Biz razılaşdıq ki, həll yolu yalnız 1967 sərhədləri əsasında paytaxtı Şərqi Qüds olan, müstəqil və suveren Fələstin dövlətinin yaradılması ilə mümkündür. Bu mövzuda ikitərəfli və BMT daxil çoxtərəfli platformalardakı əməkdaşlığımızı davam etdirəcəyik. Qəzzaya humanitar yardım mövzusunda da onlarla əməkdaşlıq etmək qərarına gəldik" deyib.



Әlaqәli Xәbәrlәr