M.F.Kacır: ''Alper Gezeravcının kosmosa edəcəyi səyahət türk gəncləri üçün ilham mənbəyi olacaq''

Türkiyenin sənaye və texnologiya naziri Mehmet Fatih Kacır ilk türk astronavtı Alper Gezeravcının kosmosa edəcəyi səyahəti və bununla bağlı gördüyü işlərin türk gəncləri üçün ilham mənbəyi olacağını bildirib.

2089038

Nazir Mehmet Fatih Kacır Türkiyenin ilk insanlı kosmos missiyası ilə bağlı verdiyi açıqlamada xoşbəxt, həyəcanlı və qürurlu olduqlarını bildirib.
Mehmet Fatih Kacır qeyd edib ki, Türkiyenin İlk İnsanlı Kosmos Missiyası çərçivəsində Alper Gezeravcını kosmosa daşıyacaq kosmik gəmi yanvarın 17-dən 18-nə keçən gecə Floridadakı Kennedi Kosmos Stansiyasından fəzaya buraxılacaq.
Alper Gezeravcının orada 13 elmi təcrübə həyata keçirəcəyini bildirən Mahmet Fatih Kacır deyib:"Beləliklə, türk alimlərinin kosmos elmi sahəsində apardıqları araşdırmalarda yeni bir mərhələyə qədəm qoymuş olacağıq. Alper Gezeravcı həm də türk gəncləri və türk uşaqları üçün ilham mənbəyi olacaq. Cənab Prezidentimizin liderliyində Milli Kosmos Proqramı çərçivəsindəki hədəflərimizi həyata keçirməyə davam edəcəyik''.

Әlaqәli Xәbәrlәr