Fahrettin Altun: "Kıbrıs türklərinin haqlarını bütün dünyaya çatdıracağıq"

Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun “Kıbrıs Faktları” sərgisini ziyarət edib.

2084674
Fahrettin Altun: "Kıbrıs türklərinin haqlarını bütün dünyaya çatdıracağıq"

Kıbrıs türklərinin haqlarını bütün dünyaya çatdıracağıq.

Bu sözləri Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun deyib.

F.Altun Ankara İncəsənət Qalereyası və Hərrac Evində Ankara Kültür, İncəsənət və Sivilizasiya Dərnəyinin, Türkiye Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin dəstəyi ilə təşkil etdiyi “Kıbrıs Faktları” sərgisini ziyarət edib.

Proqrama Şimali Kıbrıs (Kipr) Türk Cümhuriyyəti (KKTC) Prezidenti Ersin Tatar da qatılıb.

"Kıbrıslı türklərə qarşı etnik təmizləmə və təcrid cəhdlərini unutmuruq və onların unudulmaması üçün əlimizdən gələni edəcəyik. Kıbrıs Sülh Əməliyyatının 50-ci ildönümündə də, Kıbrıs Sülh Əməliyyatının haqlı yanlarını dünyaya çatdırmağa davam edəcəyik.” – deyə Altun bildirib.

Kıbrıs türklərinə edilən zülmün milli və beynəlxalq mediada necə sənədləşdirildiyinin göründüyünə işarə edən F.Altun sərgidə bir çox tarixi sənədlərin paylaşıldığını bildirib.



Әlaqәli Xәbәrlәr