TBMM-nin Xarici Əlaqələr Komissiyasında İsveçlə bağlı protokol qəbul edilib

Türkiye Böyük Millət Məclisinin (TBMM) Xarici Əlaqələr Komissiyası İsveçin NATO-ya üzvlük protokolunu qəbul edib.

2081087
TBMM-nin Xarici Əlaqələr Komissiyasında İsveçlə bağlı protokol qəbul edilib

Türkiye Böyük Millət Məclisinin (TBMM) Xarici Əlaqələr Komissiyası İsveçin NATO-ya üzvlük protokolunu qəbul edib.

İsveçin NATO-ya üzvlüyü ilə bağlı protokol ilk dəfə noyabrın 16-da Türkiye Böyük Millət Məclisinin Xarici Əlaqələr Komitəsinin gündəliyinə daxil edilib.
Lakin danışıqları yekunlaşdırmaq mümkün olmayıb və İsveç hökumətindən öhdəliklərlə bağlı məlumat istənilib.
Türkiye Böyük Millət Məclisinin Xarici Əlaqələr Komissiyası dekabrın 26-da İsveçin NATO-ya üzvlüyü ilə bağlı ikinci dəfə toplantı keçirib.
Komissiya sədri Fuat Oktay İsveçin xüsusilə terrorun maliyyələşdirilməsi ilə bağlı addımlar atdığını bildirsə də, "Terrorla mübarizədə hələ gözlənilən nəticəni görməmişik" deyib.
Parlament üzvləri öz fikirlərini bildirdikdən sonra İsveçin NATO-ya qəbulu ilə bağlı protokol qəbul edilib.
Qeyd edək ki, proses hələ tam başa çatmayıb, son qərar TBMM-in Baş Assambleyasından asılıdır.
Türkiye terroru dəstəklədiyi üçün İsveçin NATO üzvlüyünə veto qoyurdu.
İsveç hökuməti terrorla mübarizə mövzusunda lazımi addımları atacağını yazılı şəkildə bildirmişdi.


Etiketlәr: #NATO , #protokol , #İsveç , #TBMM

Әlaqәli Xәbәrlәr