Sedat Önal Türkiyenin terror təşkilatı PKK/YPG-yə qarşı keçirdiyi əməliyyatları qiymətləndirib

Türkiyənin BMT-dəki (BMT) daimi nümayəndəsi səfir Sedat Önal terror təşkilatı PKK/YPG-nin Suriyadakı separatçı fəaliyyətlərini davam etdirdiyinə diqqət çəkib.

2079693

Səfir Sedat Önal BMT Təhlükəsizlik Şurasının Suriya ilə bağlı sessiyasında çıxış edib.
PKK/YPG terror təşkilatının Suriyada separatçı fəaliyyətlərini davam etdirdiyinə diqqət çəkən Sedat Önal terror təşkilatının yerli əhaliyə təzyiq göstərməyə, uşaqları zorla öz sıralarına cəlb etməyə və mülki infrastrukturdan sui-istifadə etməyə davam etdiyini bildirib.
Terror təşkilatına verilən dəstəyə reaksiya verən Önal deyib: ''Bu cinayətkar təşkilatın məkrli planlarını həyata keçirməsinə qətiyyən imkan verməyəcəyik". 
Terrorla mübarizəyə toxunan səfir Sedat Önal deyib:“Türkiyenin terrora qarşı apardığı mübarizə bu təşkilatın terror aktlarına qarşı özünümüdafiə kimi fundamental hüququ çərçivəsində həyata keçirilir''.
Səfir Sedat Önal Suriyadakı humanitar vəziyyətə də toxunub və sərhədyanı humanitar yardımın fasiləsiz həyata keçirilməsinin vacibliyini vurğulayıb.
Sedat Önal Türkiyenin Suriya xalqını və Suriya münaqişəsinin davamlı həllinə yönəlmiş bütün təşəbbüsləri dəstəkləməyə davam edəcəyini vurğulayıb.

Әlaqәli Xәbәrlәr