Mehmet Fatih Kacır ''Farasis Energy'' şirkətinin obyektlərinə baş çəkib

Türkiyenin sənaye və texnologiya naziri Mehmet Fatih Kacır Türkiyedə akkumulyator istehsal gücünü sürətlə daha yüksək səviyyəyə çatdırmaq istədiklərini söylədi.

2079417

Nazirlikdən verilən məlumata görə, nazir Kacır Çinin Zhenjiang şəhərində akkumulyator istehsalçısı ''Farasis Energy'' şirkətinin obyektlərinə baş çəkib.

Siro Silk Road Clean Energy  saxlama obyektinin Bursanın Gemlik rayonunda qurulacağını xatırladan Kacır, ''Togg''un ''Farasis Energy'' ilə batareya sərmayəsini mümkün qədər tez həyata keçirməsini gözlədiklərini söylədi.

Kacır  Türkiyenin elektrikli avtomobillərin istehsal mərkəzinə çevrilməsi üçün akkumulyator istehsalı mərkəzi olmasının çox vacib olduğunu vurğuladı.

Arzumuz budur ki, ''Farasis'' kimi bir çox sərmayəçi önümüzdəki dövrdə Türkiyeni seçsin və Türkiyedə akkumulyator istehsal gücümüzü sürətlə  yüksək səviyyəyə çatdırsın.

Әlaqәli Xәbәrlәr